
Tofiq Musayev: "Qanlı döyüşə çıxmaq istəyirsinizsə..."
“Hazırda təlim-məşq toplanışını bitirmişəm. Yarış gecəsi sizə möhtəşəm performans göstərməyə hazıram”.
Sportlife.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) turniri barədə danışarkən deyib.
36 yaşlı idmançı iyunun 21-də təşkil olunacaq yarışa hazırlıqların sürətlə davam etdiyini bildirib. Musayev azarkeşlərə çağırış edib: “Dəfələrlə xaricdə bayrağımızı qaldırmışam. Bunu yenidən etməyə hazıram. Maraqlı, ən əsası qanlı döyüşə çıxmaq istəyirsinizsə, sizi yarış günü “Bakı Kristal Zalı”nda görməyə şad olaram. Biletləri əldə etməyə tələsin”.
Qeyd edək ki, Tofiq Musayevin rəqibi Mıqtıbek Orolbay olacaq.