UFC ulduzu Bakıda

  • Bu gün, 18:49

Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Sportlife.az xəbər verir ki, bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb. Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması yarım ağır çəki üzrə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək. Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.


Paylaş: