Qəbələdə daha bir oyun keçirildi

  • 29 Sentyabr 2025, 15:10

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib.

Sportlife.az xəbər verir ki, Qəbələ Şəhər Stadionunda təşkil olunan B qrupunun ikinci oyununda Belarus və Özbəkistan komandaları qarşılaşıblar.

Görüş Belarus yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunu A qrupunda Qırğızıstan və Tacikistan milli komandaları arasında keçirilir.


Paylaş: