
Millimizin heyəti bəlli oldu
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasından Sportlife.az-a verilən məlumata görə, Belçika ilə oyun üçün yığmaya 14 oyunçu çağrılıb.
Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Fərid Calalovun baş məşqçisi olduğu komanda Belçika ilə avqustun 13-də qarşılaşacaq. Bu gün voleybolçularımız həmin ölkəyə yola düşüblər.
Qeyd edək ki, ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.