
Bəhlul Mustafazadə: "Şanslar bərabərdir"
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportlife.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
– Macarıstan kifayət qədər keyfiyyətli komandadır. Onlara qarşı yaxşı oyun göstərmək niyyətindəyik.
– “Sabah”la final oyununun yorğunluğu Latviya ilə matça necə təsir etdi?
– O qədər təsir etmədi. Bərpa olmağa kifayət qədər vaxt var idi. Bundan əlavə, milli komandadayıq və hazır olmağa məcburuq.
– Macarıstana qalib gəlmək nə dərəcə realdır?
– Şanslar bərabərdir. Məqsədimiz öncə baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, qələbə üçün çalışmaqdır. Bunun üçün mübarizə aparacağıq.