Santuş: "Futbolçular istəkli və motivasiyalıdır"

  • Bu gün, 17:00

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Milli oynayırsa, deməli, vacib oyundur. Bütün rəqibləri təhlil edirik və kimliyindən asılı olmayaraq onlara hörmətlə yanaşırıq. Futbol elə oyundur ki, iki komanda bir-birinə qarşı oynayır. Rəqibi təhlil etmişik, oyun üslublarını bilirik. Çətin oyun olacaq, buna baxmayaraq, futbolçular istəkli və motivasiyalıdır. Ümid edirəm, bunu meydanda göstərə biləcəklər.

– Heyətdə zədəli varmı?
– Yalnız Elvin Bədəlov zədəlidir. Bir məşqimiz də var, ümid edirəm ki, kimsə zədələnməz.

– Heyətdə dəyişikliklər olacaq?
– Oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. Bəzi oyunçular yorğun ola bilər.

– Hər iki yığmaya qələbə lazımdır. Azarkeşlər necə oyuna ümid edə bilər? Macarıstanın güclü tərəfləri hansılardır?
– Macarlarla bir neçə dəfə qarşılaşmışam, güclü komandadır. Azərbaycan millisinə də qələbə lazımdır. İki tərəfin də yaxşı oynamağa çalışacağını düşünürəm.

– Kriştianu Ronaldu haqda nə deyə bilərsiniz?
– Bizim oyunçumuz deyil. Yaxşı oğlandır və dostumuzdur. Amma indi bu haqda nəsə deyə bilmərəm.

– Macarıstan millisi ilə əvvəlki oyunları necə xatırlayırsınız?
– Yaxşı komandadır. Bundan öncə də səhv etmirəmsə, AVRO-2020-də Portuqaliya yığmasında olarkən ilk matç onlara qarşı idi. 80 dəqiqə çətinlik çəkmiş, sonda qələbə qazanmışdıq. Keçmiş günlər barədə danışmaq istəmirəm. Macarıstan futbolu inkişafdadır. Komandamı onlara qarşı hazırlamışam.


Paylaş: